DESCON olaraq məqsədimiz münasib qiymətə keyfiyyətli tikinti xidmətləri yerinə yetirərək və müştərilər, təchizatçılar, subpodratçılar, iş partnyorları və işçilərlə münasibətlərdə yüksək səviyyəli peşəkarlıq, dürüstlük və ədalət prinsiplərini əsas tutaraq daim müşətirlər tərəfindən seçilən bir şirkət kimi fəaliyyətini davam etdirməkdir.
Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün digər amil, yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandanın formalaşdırılmasıdır. Bu məqsədlə biz mühəndis-texniki heyətin müxtəlif təlimlərə qatılmasına, dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil səviyyələrinin yüksəldilməsinə, kadrlarımızın beynəlxalq konfranslarda iştirakına üstünlük veririk və ən yaxşı mütəxəssisləri cəlb etmək və mükkəmməl xidmət göstərməklə öz biznesini beynəlxalq müstəvidə genişləndirmək və yalnız Azərbaycanda deyil eyni zamanda beynəxalq tikinti sənayesində lider şirkətlərdən birinə çevrilməkdir.
Şirkət tikinti-quraşdırma işlərini malik olduğu maddi-texniki baza, peşəkar mühəndis-texnik heyəti, keyfiyyətə nəzarət sistemi, qabaqcıl idarəetmə üsullarını tətbiq etməklə sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiya quraraq keyfiyyətlə, vaxtında və şəffaf qaydada həyata keçirir.Bizi uğura aparan strategiyamız çox sadədir: peşəkarları işə götürmək, işlərin yerinə yetirilməsində innovativ metodlardan istifadə etmək və öz xidmətlərimizi müştərilərə yüksək keyfiyyət və uyğun qiymətlə təklif etmək.